Ötən gecə Gəncədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınan hadisə zamanı "Chevrolet" markalı minik avtomobili ilə moped toqquşub.
Nəticədə mopedin sürücüsü, 2009-cu il təvəllüdlü Yusif Babayev hadisə yerində ölüb.
17 yaşlı Yusif bu il orta məktəbi bitirərək, ali məktəbə sənədlərini verməyə hazırlaşırmış.