Azərbaycan Premyer Liqasında 30-cu turun oyunları keçirilir.
Publika.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.
Çempionluğu təmin etmiş “Sabah” “Şamaxı”nın qonağı olacaq. Oyunu Kamal Umudlu idarə edəcək.
Daha sonra “Zirə” evdə “Qəbələ” ilə üz-üzə gələcək. Oyunun baş hakimi Elçin Məsiyev olacaq.
Turun əvvəlki oyunlarında “Kəpəz” “Sumqayıt”a qalib gəlib (2:1), “Araz-Naxçıvan” “İmişli”yə (0:1) uduzub. “Qarabağ” – “Turan Tovuz” görüşü mayın 4-də, “Karvan-Yevlax” – “Neftçi” matçı ayın 5-də keçiriləcək.