RU

İran Hörmüz boğazını İsrailə tamamilə bağlamaq üçün qanun layihəsiHAZIRLAYIR

İran Parlamentinin birinci müavini Əli Nikzad bildirib ki, 12 maddəlik plan İsrail gəmilərinin "istənilən vaxt" keçidinin qarşısını alacaq.

Redaktor.az xəbər verir ki, İranın dövlət televiziya kanalı "Press TV"nin məlumatına görə, İran qanunvericiləri Hörmüz boğazının idarə olunması ilə bağlı qanun layihəsi hazırlayırlar.

Sənəddə boğazdan gəmilərin tranziti üçün yeni prosedurlar nəzərdə tutulur. İsrail gəmilərinin tranzitdən tamamilə qadağan edilməsi planlaşdırılır.

Tehranın "düşmən" hesab etdiyi ölkələrdən gələn gəmilərdən xüsusi icazə almaq və kompensasiya ödəmək tələb oluna bilər. Digər gəmilərin də tranzitdən əvvəl İranın təsdiqini alması tələb olunacaq.

Aminə ŞAHSUVARQIZI

Избранный
31
5
redaktor.az

10Источники