RU

İran mövqeyini dəyişdirib: Nüvə proqramını ABŞ ilə müzakirə etməyə razılıq verib

İran mövqeyini dəyişdirib və nüvə proqramı məsələsini ABŞ ilə mümkün danışıqların gündəliyinə daxil etməyə razı olub.

Ölkə.az xəbər verir ki, bu barədə kanalın mənbələri məlumat yayıb.

Qeyd olunub ki, Tehran əvvəlki bir sıra ilkin şərtlərdən imtina edib və hazırda uranın zənginləşdirilməsi səviyyəsinin 3,5%-ə qədər məhdudlaşdırılmasını, eləcə də artıq toplanmış zənginləşdirilmiş uranın ehtiyatlarının mərhələli şəkildə azaldılmasını müzakirə etməyi təklif edir.

İranın yüksək vəzifəli rəsmisi əvvəllər "Reuters" agentliyinə bildirib ki, Tehranın ilkin təklifi əsasən Hörmüz boğazında gəmiçiliyin bərpasına və ABŞ-ın dəniz blokadasına son qoyulmasına yönəlib, nüvə məsələsi isə daha sonra müzakirə olunacaq.

Lakin "Al Arabiya"nin yeni xəbərlərinə görə, İran nüvə məsələsini bu mərhələdə danışıqlar masasına gətirməyə hazırdır. Bundan əlavə, Tehran Amerika blokadasının qaldırılması müqabilində Hörmüz boğazının mərhələli şəkildə açılmasını təklif edir.

Mənbələr həmçinin İranın ABŞ qoşunlarının bölgədən çıxarılması tələbindən imtina etdiyini bildiriblər.

Əvəzində, Tehran ABŞ-ın öz sərhədlərində hərbi qüvvələrinin artırılmasına son qoyulmasında və gələcəkdə mümkün hücumlara qarşı beynəlxalq zəmanətlərin verilməsində israr edir.(report)

Избранный
70
50
olke.az

10Источники