RU

AMEA Naxçıvan Bölməsində Nadir Məmmədlinin kitab təqdimatı olub

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

AMEA Naxçıvan Bölməsində AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədlinin “1926-cı il I Türkoloji Qurultay: tarixi zəmində, arxiv sənədlərində, milli mətbuatda” kitabının təqdimat mərasimi keçirilib.

525.az xəbər verir ki, tədbirdən əvvəl Akademiyanın sərgisinə baxış keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev nəşrin elmi əhəmiyyətindən bəhs edib, I Türkoloji Qurultayın Azərbaycan elmi və mədəni mühitindəki yerini diqqətə çatdırıb. O, həmçinin AMEA Naxçıvan Bölməsinin yaranma tarixindən danışaraq, bu cür fundamental tədqiqatların əhəmiyyətini vurğulayıb, kitabı yüksək dəyərləndirib və müəllifi təbrik edib. Akademik İsmayıl Hacıyev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin I Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncamının elmi ictimaiyyət üçün xüsusi önəm daşıdığını qeyd edib.

Daha sonra çıxış edən İncsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev I Türkoloji Qurultayın türk dünyasının elmi və mədəni inteqrasiyasında mühüm mərhələ olduğunu vurğulayıb. O, eyni zamanda təqdim olunan əsərin bu tarixi hadisənin öyrənilməsi baxımından dəyərli mənbə olduğunu bildirib və müəllifi bu uğurlu elmi iş münasibətilə təbrik edib.

İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl çıxışında kitabın məzmununu geniş şəkildə təhlil edərək onun elmi yeniliyini və aktuallığını vurğulayıb, nəşrin struktur və məzmun baxımından sanballı tədqiqat əsəri olduğunuqeyd edib və müəllifi təbrik edib.

Daha sonra professor Nadir Məmmədli çıxış edərək tədbirin təşkilinə görə minnətdarlığını bildirib, kitabın ərsəyə gəlməsi prosesində aparılan işlər barədə məlumat verib.

Tədbirin sonunda Nadir Məmmədli müəllifi olduğu kitabı akademik İsmayıl Hacıyevə təqdim edib. Akademik İsmayıl Hacıyev isə öz növbəsində müəllifə üçcildlik “Naxçıvan tarixi” nəşrini hədiyyə edib.

Sonda xatirə şəkli çəkilib.

AMEA Naxçıvan Bölməsində Nadir Məmmədlinin kitab təqdimatı olub

AMEA Naxçıvan Bölməsində Nadir Məmmədlinin kitab təqdimatı olub

AMEA Naxçıvan Bölməsində Nadir Məmmədlinin kitab təqdimatı olub

AMEA Naxçıvan Bölməsində Nadir Məmmədlinin kitab təqdimatı olub

AMEA Naxçıvan Bölməsində Nadir Məmmədlinin kitab təqdimatı olub

AMEA Naxçıvan Bölməsində Nadir Məmmədlinin kitab təqdimatı olub

Şəkil sayı: 6

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
5
2
525.az

9Источники