RU

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 10 vaqon gübrə göndərilib

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük tədarükü həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, 10 vaqondan ibarət, ümumi çəkisi 678 ton olan gübrə bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 25 min tondan çox taxıl, 2000 tona yaxın gübrə və 68 ton qarabaşaq daşınıb.

Xatırladaq ki, tranzit daşımalarla yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir. Bu günədək ölkəmizdən Ermənistana 8500 tondan çox dizel yanacağı, 979 ton Aİ-92 və 2955 ton Aİ-95 markalı benzin ixrac olunub.

Избранный
33
42
yeniazerbaycan.com

10Источники