RU

“ASAN kommunal” 10 illiyini qeyd edir

“ASAN kommunal” 10 illiyini qeyd edir

“ASAN kommunal” mərkəzlərinin yaranmasından 10 il ötür.

AFN.az xəbər verir ki, “ASAN kommunal” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 may tarixli 890 nömrəli Fərmanına əsasən yaradılıb.

Fərmanda əhaliyə kommunal sahədə xidmətlərin göstərilməsində idarəetmənin optimallaşdırılması və şəffaflığın artırılması, “ASAN xidmət” təcrübəsinin digər xidmət sahələrində tətbiq edilməsi və vətəndaş məmnunluğunun təmin olunması əsas məqsəd kimi müəyyən edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə kommunal və digər xidmətlərin vahid məkanda, “ASAN xidmət” standartları əsasında təqdim edilməsini təmin edən mərkəzlərin yaradılması həvalə olunub.

Hazırda Bakı şəhərində 3 “ASAN kommunal” mərkəzi fəaliyyət göstərir. Həmçinin bu xidmətlər ölkəmizin müxtəlif regionlarında yerləşən “ASAN xidmət” mərkəzlərində də təqdim olunur. Mərkəzlərdə elektrik enerjisi, təbii qaz, su və digər kommunal istiqamətlər üzrə xidmətlər vahid məkanda həyata keçirilir.

Ötən 10 il ərzində “ASAN kommunal” mərkəzlərində 60-a yaxın xidmət növü üzrə ümumilikdə 4 milyon 425 mindən çox müraciət daxil olub.

“ASAN kommunal” modeli vasitəsilə müvafiq istiqamətdə şəffaflığın, əlçatanlığın və operativliyin təmin olunması prioritet hədəf olaraq qalmaqdadır.

Избранный
26
10
afn.az

10Источники