RU

Rusiyada yanğın zamanı uşaqlar da daxil olmaqla, beş nəfər həlak olub

Rusiyanın Nijni Novqorod vilayətinin Vıksa şəhərində fərdi evdə baş verən yanğında iki uşaq da daxil olmaqla, beş nəfər həlak olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsindən bildirilib.

"İlk yanğınsöndürmə-xilasetmə bölməsi hadisə yerinə çatanda ev bütün sahəsi boyu yanırdı. Yanğın 80 kvadratmetr ərazidə söndürülüb. Yanğın yerində beş nəfərin, o cümlədən iki uşağın meyiti aşkar edilib. Onların şəxsiyyətləri müəyyənləşdirilir", - məlumatda deyilir.

Aidiyyəti qurumların əməkdaşları hadisənin başvermə şəraitini müəyyənləşdirirlər.

Избранный
62
2
far.az

3Источники