"Liverpul" klubu transfer bazarında diqqətini "Barselona"nın gənc futbolçusu Runi Bardaqji üzərinə yönəldib. Metbuat.az xəbər verir ki, Mersisayd təmsilçisi 20 yaşlı hücumameyilli oyunçunu heyətinə qatmaq üçün ciddi addımlar atmağa hazırlaşır və bu keçid üçün yüksək məbləğ ayırmağı planlaşdırır. İddialara görə, İngiltərə nəhəngi futbolçu üçün 45 milyon avro ödəməyə razıdır.Məlumata görə, İsveç millisinin üzvü Kataloniya klubunda kifayət qədər oyun praktikası əldə edə bilmədiyi üçün vəziyyətindən razı deyil. Bu isə “Liverpul”un marağını daha da artırıb və klub bu fürsətdən yararlanmaq istəyir.İddialara əsasən, İngiltərə təmsilçisi futbolçunun qiymətinin yaxın dövrdə daha da yüksələcəyini nəzərə alaraq böyük turnirlərdən əvvəl transferi rəsmiləşdirməyə çalışır.Qeyd edək ki, Runi Bardaqji bu mövsüm bütün turnirlərdə 26 oyuna çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.