RU

Bakıda “Ortaq mədəniyyət, ortaq irs” mövzusunda tədbir reallaşıb

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 5 may, AZƏRTAC

Bakı Yunus Əmrə İnstitutunda Ərzurum Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə Ərzurum Diplomatiya Araşdırmaları Mərkəzi “Ortaq mədəniyyət, ortaq irs” mövzusunda tədbir təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Türkiyənin Bakıdakı səfirliyinin mətbuat müşaviri Cihangir İşbilir, Bakı Yunus Əmrə İnstitutunun koordinatoru Gökhan Seyhan, Ərzurum Diplomatiya Araşdırmaları Mərkəzinin koordinatorları, müəllim və tələbə heyəti iştirak ediblər.

Tədbirdə çıxış edən Ərzurum Diplomatiya Araşdırmaları Mərkəzinin İdarə Heyətinin sədri Ergün Engin Azərbaycan səfəri çərçivəsində regional geosiyasi proseslər, ekopolitik balans və mədəni diplomatiya fəaliyyətləri ilə bağlı müzakirələr aparmaq niyyətində olduğunu qeyd edib.

O, həmçinin Türkiyənin yumşaq güc elementlərinin fəaliyyət mexanizmini təhlil edəcəklərini və əldə olunan təcrübəni akademik-strateji tədqiqatlara yönəltməyi planlaşdırdıqlarını diqqətə çatdırıb.

Gaziantep Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, dosent Sadıq Çətin “Ortaq mədəniyyət və ortaq irs çərçivəsində arxivçiliyin yeri və əhəmiyyəti” mövzusunda çıxış edib.

Azərbaycan Dillər Universitetinin Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri Cəlal İbrahimli isə milli şüur və dəyərlərin əhəmiyyətinə toxunub.

Ərzurum Diplomatiya Araşdırmaları Mərkəzinin koordinatorları müxtəlif mövzularda təqdimatlar keçiriblər.

Müxbir - Fidan Əlizadə

Fotoqraf - Səfiyar Məcnun

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
6
3
azertag.az

5Источники