RU

​Gündəlik çay və qəhvə qəbulunun faydası

Gündəlik çay və qəhvə istehlakı beyin sağlamlığını yaxşılaşdıra və demensiya riskini azalda bilər.

Metbuat.az xəbər verir ki, Mass General Brigham tərəfindən aparılan araşdırmaya görə, orta miqdarda çay və qəhvə içən insanlarda demensiya riski təxminən 18% daha aşağı olub. Tədqiqat nəticələri göstərib ki, xüsusilə gündə 2–3 fincan qəhvə və ya 1–2 fincan çay içmək beyin funksiyalarına müsbət təsir göstərir və yaddaşın qorunmasına kömək edir. Məlumata görə, bu içkilərin tərkibində olan antioksidantlar və bioloji aktiv maddələr beyin hüceyrələrini zədələnmədən qoruyur və iltihabı azaldır. Bu da uzunmüddətli dövrdə zehni qabiliyyətlərin daha yaxşı saxlanmasına şərait yaradır. Araşdırmalarda həmçinin qeyd olunur ki, çay və qəhvənin birlikdə və balanslı şəkildə istifadəsi ümumi ölüm riskinin də azalması ilə əlaqələndirilir.

Qeyd edək ki, mütəxəssislər gündəlik kofein qəbulunun normadan artıq olmamasını tövsiyə edir və sağlam həyat tərzinin digər amillərinin də vacib olduğunu vurğulayır.

Избранный
63
2
metbuat.az

10Источники