RU

“PSJ öz oyununu diktə edib hücum futbolu oynayacaq”

PSJ-nin yarımmüdafiəçisi Uorren Zair-Emeri Çempionlar Liqasının yarımfinalında “Bavariya”ya qarşı cavab oyunu öncəsi fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, futbolçu bu barədə UEFA-nın mətbuat xidmətinə açıqlamasında danışıb. 

“Rəqibə öz oyun tərzimizi diktə edəcəyik. Hər matçda etdiyimiz kimi yüksək pressinq tətbiq edib topu tez geri qaytarmağa çalışacağıq. Biz hücum futbolu üçün qurulmuş komandayıq və sabah da maksimum aqressiv oynayacağıq”.

Qeyd edək ki, ilk görüşdə Paris təmsilçisi 5:4 hesabı ilə qələbə qazanıb.Komandalar 6 may “Allyans Arena” stadionunda üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq və oyunu portuqaliyalı hakim Joao Pinheyru idarə edəcək.

Избранный
9
50
90deqiqe.az

10Источники