“CASPIAN FINANCE Bank Olmayan Kredit Təşkilatı” MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Belə ki, “CASPIAN FINANCE BOKT” MMC-nin 2025-ci ildə cəmi gəlirləri 5 milyon 345 min 447 manat, cəmi xərcləri isə 3 milyon 738 min 837 manat təşkil edib. BOKT 2025-ci ili 1 milyon 606 min 610 manat mənfəətlə başa vurub. BOKT-nin mənfəəti əvvəlki ilə nisbətdə 3 dəfədən çox artmışdır.
31.12.2025-ci il tarixində şirkətin cəmi kredit portfeli 14 milyon 159 min 462 manat, cəmi aktivləri isə 18 milyon 273 min 880 manata çatıb. BOKT-nin aktivləri əvvəlki ilə nisbətdə 2 dəfə artmışdır.
“CASPIAN FINANCE BOKT” MMC yarandığı tarixdən bugünədək büdcəyə 593 min 618 manat cəmi vergi ödəmişdir.
Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 25 Oktyabr 2023-cü il tarixli BKT-46 nömrəli lisenziya əsasında fəaliyyət göstərən “CASPIAN FINANCE BOKT” MMC, fəaliyyətə 14 Dekabr 2023-cü il tarixindən başlayıb.
“CASPIAN FINANCE Bank Olmayan Kredit Təşkilatı” MMC-nin 31 dekabr 2025-ci il tarixində bitən il üzrə maliyyə hesabatları








