RU

Türkiyənin "YILDIRIMHAN" raketi Yunanıstanı TƏŞVİŞƏ SALDI - FOTOLAR

Türkiyənin "SAHA-26" sərgisində təqdim etdiyi 6 min kilometr mənzilli "YILDIRIMHAN" raket layihəsi Yunanıstan mətbuatında geniş əks-səda doğurub.

Musavat.com Sondakika.com-a istinadən xəbər verir ki, sözügedən raketin texniki göstəriciləri xüsusilə müdafiə sənayesi üzrə ixtisaslaşmış saytlar tərəfindən yaxından təhlil edilib.

Yunanıstanın nüfuzlu müdafiə portallarından biri olan "Militaire" bu xəbəri "Türklər hazırlıq mərhələsində olan ilk qitələrarası raketini təqdim etdi" başlığı ilə oxucularına çatdırıb.

Xəbərdə Türkiyə müdafiə sənayesinin sürətli inkişafına xüsusi diqqət çəkilib.

Ehtiyatda olan hava qüvvələri zabiti və müdafiə analitiki Spiridon Kissasın imzası ilə yayımlanan məqalədə layihənin texniki potensialı ətraflı şəkildə araşdırılıb.

Bildirilib ki, "YILDIRIMHAN" raketi 6 min kilometr mənzilə və 9 Mach sürətinə malik olacaq. Maye azot-tetroksid ilə işləyən dörd mühərriklə təchiz edilən bu sistemin Türkiyənin müdafiə texnologiyalarında çatdığı yeni zirvəni təmsil etdiyi vurğulanıb.

Xəbərdə həmçinin raketin adının tarixi əhəmiyyəti də qeyd olunub. Layihənin adını cəsarəti ilə tanınan Osmanlı sultanı İldırım Bəyaziddən aldığı bildirilib.

Yunan mediasındakı təhlillərdə 6 min kilometrlik mənzilin regional balanslar baxımından mühüm strateji dəyişiklik mənasına gəldiyi qeyd olunub. Layihənin inkişaf prosesinin Afina tərəfindən diqqətlə izlənildiyi bildirilir.

Qeyd edək ki, "SAHA-26" sərgisi mayın 9-dək davam edəcək və bu müddət ərzində layihə ilə bağlı yeni texniki detalların açıqlanacağı gözlənilir.

Musavat.com

Türkiye'nin
Türkiye'nin

Türkiye'nin

Türkiye'nin

Избранный
29
10
musavat.com

10Источники