Türkiyə “Yıldırımhan” adlandırılan ilk qitələrarası ballsitik raketini İstanbulda keçirilən SAHA 2026 müdafiə sərgisində ilk dəfə nümayiş etdirdi. Türkiyənin ilk qitələrarası ballistik raketini (ICBM) təqdim etməsi Yunanıstanda narrahatlıqla qarşılanıb.
“Yıldırmhan”ın texniki göstəriciləri Türkiyəyə dost olmayan ölkələrin əndişələnməsinin təsadüfi olmadığını ortaya qoyur.
Hərbi ekspertlərin fikrincə bu sistem qardaş ölkənin strateji uzaqmənzilli zərbə imkanlarında yeni mərhələ sayılır. Raketin məlum olan əsas texniki parametrləri kifayət qədər gücə malik olduğunu göstərir.
Ballistik raket 6 min kilometr məsafəni qət etmək gücündədir. 6000 km menzil Türkiyədən Avropa, Yaxın Şərq, Orta Asiya və Afrikanın böyük hissəsinə çatmaq imkanı deməkdir.
Raketin sürəti hipersəs diapazonlu 9-25 Machdır. Mach 25 sürət Raketi müdafiə sistemləri üçün tutulması çox çətin hədəfə halına gətirir.
4 ədəd raket itki mühərrikinə malikdir, Nitrogen tetroksid yanacaq növü ilə işləyir. Bəzi məlumatlara görə N2O4–UDMH əsaslı maye yanacaq sistemi istifadə olunur. Bu, raketin yüksək enerji sıxlığı və uzun məsafəyə uçuş qabiliyyətini artırır.
Raketin döyüş başlığı və yük miqdarına gəlincə, təxminən 3 tonluq yüksək dağıdıcı konvensional döyüş başlığı daşıyır. Bu həcm raketi strateji obyektlərə qarşı istifadə üçün uyğun edir. 3 tonluq başlıq yüksək dağıdıcı potensial hesab olunur.
Raketin digər ehtimal olunan xüsusiyyətləri uçuş trayektoriyası ilə bağlıdır. Belə ki, ballistik raket atmosferdən çıxıb yenidən daxil olmaq qabiliyyətinə malikdir.
Raketin real əməliyyat statusu kimi detallı parametrlər hələ tam açıqlanmayıb.
Etibar Seyidağa,
Musavat.com