RU

Ermənistanla Belarus arasında diplomatik savaş: İrəvana xəbərdarlıq edildi

Ermənistan parlamentinin sədri Alen Simonyanın Belarus və Rusiya ilə bağlı sərt açıqlamalarından sonra Minsk və İrəvan arasında yeni diplomatik qalmaqal yaranıb.

Publika.az xəbər verir ki, erməni siyasətçi ölkəsinin “Belarus kimi idarə olunmayacağını” və “vilayətə çevrilməyəcəyini” bəyan edib. O, həmçinin Rusiyanı Ermənistanda hakimiyyət dəyişikliyi təşkil etməyə cəhd göstərməkdə ittiham edib.

Simonyanın açıqlamalarından sonra Belarus Xarici İşlər Nazirliyi Ermənistanın Minskdəki müvəqqəti işlər vəkili Artur Sarkisyanı nazirliyə çağıraraq rəsmi etirazını bildirib.

Belarus XİN-in sözçüsü Ruslan Varankov bildirib ki, ölkəsinin Rusiya ilə müttəfiqlik münasibətlərinin formatını yalnız Minsk müəyyən edir və bu məsələdə kənar qiymətləndirmələrə ehtiyac yoxdur. O, Simonyanın çıxışını “seçkiqabağı populizm” və Ermənistan cəmiyyətinin diqqətini daxili problemlərdən yayındırmaq cəhdi kimi qiymətləndirib.

Minsk, həmçinin rəsmi İrəvanın Qərblə yaxınlaşma siyasətinin Ermənistan üçün həm iqtisadi çətinliklər, həm də xarici asılılıq yaratdığını iddia edib. Belarus tərəfi bununla yanaşı, Ermənistan xalqını ölkənin mövcud hakimiyyəti ilə eyniləşdirmədiyini vurğulayıb.

Избранный
4
6
publika.az

10Источники