RU

“İctimai TV”dən “Bavariya” – PSJ oyunu ilə bağlı açıqlama 

“İctimai TV” UEFA Çempionlar Liqası yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində keçirilən PSJ – “Bavariya” matçının yayımlanmaması ilə bağlı açıqlama yayıb:

“Əziz futbolsevərlər!

Məlumat üçün bildiririk ki, UEFA Çempionlar Liqasının yarımfinal oyunlarının əvvəlcədən bölgüsünə əsasən, mərhələnin “Arsenal” və “Atletiko Madrid” komandaları arasında keçirilən hər iki oyunun İctimai Televiziyanın efirində yayımlanması razılaşdırılıb. Hər iki oyun canlı yayımda tamaşaçılara təqdim olunub.

“Bavariya” və PSJ komandaları arasında keçirilən digər yarımfinal oyunlarının yayım hüququ isə İctimai Televiziyaya məxsus deyil. Hazırda davam edən oyunun yayımı ilə bağlı yaranmış problemə görə İctimai Televiziya məsuliyyət daşımır”.

Избранный
7
4
idmanxeber.az

6Источники