RU

HAVELSAN: Azərbaycanın hərbi gəmilərində döyüş idarəetmə sisteminin tətbiqi layihəsi davam edir

Türkiyənin HAVELSAN şirkətinin baş direktoru Mehmet Akif Acar HAVELSAN-ın Azərbaycanla əməkdaşlığını genişləndirməyi planlaşdırdığını bildirib.

Bu barədə APA-nın Türkiyə bürosuna açıqlama verən iş adamı qeyd edib ki, HAVELSAN tərəfindən hazırlanan “KOVAN” yeni nəsil iş idarəetmə sisteminin ilk ixracı Azərbaycana həyata keçirilib:

"Sistem Azərbaycan Müdafiə Nazirliyində istifadəyə verilib və logistika ilə personal idarəetməsi sahələrini əhatə edir. Layihənin yaxın zamanda tam istifadəyə verilməsi gözlənilir".

Şirkət rəsmisi bildirib ki, HAVELSAN bundan sonra Azərbaycanla əməkdaşlığı genişləndirməyi planlaşdırır: "Xüsusilə hərbi simulyatorlar və təlim sistemləri sahəsində birgə istehsal layihələri üzərində iş aparılır, türkiyəli və azərbaycanlı mühəndislərin birlikdə çalışması nəzərdə tutulur. Bundan əlavə, “ADVENT” döyüş idarəetmə sisteminin Azərbaycan Hərbi Dəniz Qüvvələrində tətbiqi ilə bağlı layihə də davam edir. HAVELSAN rəqəmsal transformasiya, süni intellekt, böyük verilənlər və şəhər təhlükəsizliyi kimi sahələrdə də əməkdaşlığın genişləndirilməsini planlaşdırır".

Избранный
41
1
apa.az

5Источники