RU

Çin məhkəməsi sabiq müdafiə nazirləri barəsində ölüm hökmü çıxarıb

Çinin sabiq müdafiə nazirləri general-polkovnik Li Şanfu və general-polkovnik Vey Fenxe edam cəzasına məhkum ediliblər.

Xinhua“nın məlumatına görə, sabiq müdafiə nazirləri korrupsiyada təqsirli biliniblər.

Məlumatda deyilir ki, Li Şanfu və Vey Fenxe 2024-cü ildə hərbi statuslarından məhrum edilərək, Çin Kommunist Partiyasından xaric olunublar.

Məlumatda bildirilib ki, Çin lideri Si Cinpin 2012-ci ildə hakimiyyətə gəlişindən sonra həyata keçirilən korrupsiyaya qarşı genişmiqyaslı mübarizənin əsas hədəflərindən biri ordu olub.

Qeyd edək ki, Li Şanfu 2023-cü ilin martından oktyabrına qədər, Vey Fenxe isə 2018-ci ilin martından 2023-cü ilin martına qədər müdafiə naziri vəzifəsində çalışıblar.

Xatırladaq ki, Çində ölüm hökmü adətən cəza müddəti ərzində heç bir cinayət törətmədikdə ömürlük həbs cəzası ilə əvəz olunur.

AzPost.az

Избранный
4
4
azpost.info

7Источники