RU

Bu gün Livanda daha 15 nəfər öldürüldü...

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son sutka ərzində İsrailin Livana endirdiyi aviazərbələr nəticəsində 15 nəfər ölüb, 85 nəfər yaralanıb.Bizim.Media xəbər verir ki, Livanın Səhiyyə Nazirliyi "X" sosial şəbəkə hesabında bu barədə məlumat yayıb.

 

"Martın 2-də hərbi eskalasiya başlayandan bəri ölənlərin ümumi sayı 2 727-yə, yaralıların sayı isə 8 438-ə çatıb", - məlumatda qeyd olunub.

Nazirlikdən bildirilib ki, bu gün Nəbatiyyə şəhəri və onun ətrafı intensiv bombardmana məruz qalıb, xilasedicilər dağıntıları təmizləməklə məşğuldurlar."Günün sonuna qədər qurbanların və zərərçəkmiş vətəndaşların sayı arta bilər", - Səhiyyə Nazirliyindən vurğulanıb.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
30
9
bizim.media

10Источники