Nikol Paşinyan Yerevanın Ukrayna məsələsində Rusiyanın müttəfiqi olmadığını bəyan edib.
Publika.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.
Paşinyan hələ 2022-ci və ya 2023-cü ildə buna bənzər fikirlər səsləndirdiyini qeyd edib. O, Ukrayna Prezidenti Volodimir Zelenskinin Avropa Siyasi Birliyinin sammiti üçün İrəvana səfərinin nəticələri barədə sualı bu şəkildə cavablandırıb.
Həmçinin Paşinyan Yerevanın Kiyevə humanitar yardım göndərdiyini əlavə edib.
Bundan əvvəl rusiyalı senator Konstantin Kosaçev Ermənistan hakimiyyətinin Rusiyaya xəyanət etdiyini və bunun Moskva üçün çox vacib bir təcrübə olduğunu bildirmişdi.