Bakı, 8 may, AZƏRTAC
1993-cü ildə doğma yurdumuzu tərk etməyə məcbur qalmışdıq. İndi isə 33 ildən sonra yenidən Ağdama qayıtmağın sevincini yaşayırıq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində keçmiş məcburi köçkün Namiq Cabbarov deyib.
“Şükürlər olsun ki, bu günü gördük. Doğma Ağdamımıza qayıdırıq. Allah Ali Baş Komandan İlham Əliyevə cansağlığı versin. Şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyirəm”, – deyə keçmiş məcburi köçkün bildirib.
O vurğulayıb ki, Ağdamdan gənc yaşlarında köçkün düşüb, bu gün isə övladları ilə birlikdə doğma torpağına qayıdır.
“Uzun illər həsrətində olduğumuz torpaqlara indi ailəmlə birlikdə dönürəm. Bu, çox böyük xoşbəxtlikdir”, – deyə Namiq Cabbarov əlavə edib.