RU

DÇ 2026 da ilk: Yamal və digər debütantlar bu cür tanıdılacaqlar FOTO

ain.az bildirir, Fanat saytına əsaslanaraq.

Gələn ay start götürəcək dünya çempionatında unikal yenilik olacaq.

Fanat.Az xəbər verir ki, ABŞ, Kanada və Meksikada keçiriləcək mundialda FIFA debüt edən oyunçuları xüsusi nişanla fərqləndirəcək.

İnformasiyanı "LARGOESPN" yayıb. Mənbənin məlumatına görə, DÇ-nin debütantları (məsələn, gənc ispan vunderkind Lamin Yamal) meydana qolunda və ya sinəsində xüsusi yamaq olan forma geyinərək çıxacaqlar.

Bu detal gələcək superulduzlara diqqət çəkmək və onların dünyanın ən böyük futbol səhnəsindəki ilk addımlarının əhəmiyyətini vurğulamaq üçün nəzərdə tutulub.

Xatırladaq ki, Yamalın DÇ-2026-da iştirakı hələ də şübhə altındadır. "Barselona"nın və İspaniya millisinin 18 yaşlı vingeri "Selta" ilə matçda penalti zərbəsi zamanı aldığı zədə alıb.

Mirağa

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
6
50
fanat.az

10Источники