RU

Mağazadan 23 min manatlıq oğurluq edildi

Xudat şəhərində yerləşən mağazada 23 min manatlıq oğurluq olub.
 
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, mağazadan oğurluq etməkdə şübhəli bilinən Elman İmanov və Elçin Məhərrəmov saxlanılıblar. Onlar obyektdən ümumi dəyəri 23 min manat olan 14 ədəd televizor, 3 ədəd noutbuk və 3 ədəd kondisioner talayıblar.
 
Müəyyən edilib ki, saxlanılan şəxslərdən biri əvvəllər həmin mağazada çalışıb.
 
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
 
Избранный
1
10
moderator.az

10Источники