RU

CENTCOM: "ABŞ Oman körfəzində İranın üç neft tankerini sıradan çıxarıb"

ABŞ Silahlı Qüvvələri Oman körfəzində İran limanlarına daxil olmağa çalışan üç İran neft tankerini sıradan çıxarıb.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Məlumata görə, "Sea Star III" və "Sevda" tankerləri İran limanına daxil olmamışdan əvvəl sıradan çıxarılıblar.

CENTCOM həmçinin bildirib ki, mayın 6-da ABŞ qüvvələri İranın "Hasna" tankerini də sıradan çıxarıb. Komandanlığın məlumatına görə, "USS Abraham Lincoln" aviadaşıyıcısından qalxan "F/A-18 Super Hornet" qırıcısı 20 millimetrlik topdan açılan bir neçə atəşlə gəminin sükan sistemini zədələyib.

Qeyd edək ki, ABŞ hərbçiləri İrana qarşı dəniz blokadasına aprelin 13-də başlayıblar. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı bəyan edib ki, İran limanlarına yönələn və ya ölkə sahillərindən uzaqlaşmağa çalışan bütün gəmilərin hərəkətini bloklamaq niyyətindədir.

Избранный
28
50
moderator.az

10Источники