RU

“Qarabağ” veteranlar arasında minifutbol yarışında qalib gəlib FOTO

ain.az, Idman.biz saytına istinadən bildirir.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş veteranlar arasında minifutbol yarışına yekun vurulub.

İdman.Biz bildirir ki, Bakı Tennis Akademiyasında təşkil olunan turnirin finalında “Milli”ni penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edən “Qarabağ” komandası yarışın qalibi olub.

Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, “Azərbaycan İdman Veteranları” İctimai Birliyinin sədri Zemfira Meftaxetdinova, Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov, Azərbaycan Futbol Vetaranları Birliyinin sədri Oqtay Abdullayev və digər rəsmi şəxslər təqdim ediblər.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
25
2
icma.az

3Источники