ABŞ Prezidenti Donald Tramp bildirib ki, hantavirus hazırda amerikalı mütəxəssislər tərəfindən fəal şəkildə öyrənilir.
"Report"un məlumatına görə, o, bu barədə jurnalistlərlə söhbətində deyib.
"Gördüklərimizə görə, hər şey qaydasındadır. Bu (hantavirus - red.) asanlıqla ötürülmür", - Tramp qeyd edib.
ABŞ lideri əlavə edib ki, virus uzun müddət oxşar infeksiyalarla işləmiş və onların xüsusiyyətlərini yaxşı bilən mütəxəssislər tərəfindən öyrənilir.
Onun sözlərinə görə, COVID-19 ilə müqayisədə hantavirusun insandan insana ötürülməsi daha çətindir.