RU

Zaqatala sakini gecə restorandan çıxarkən güllələndi

Zaqatalada 39 yaşlı kişi ov tüfəngi ilə vurulub.

 

“Qafqazinfo” xəbər verir ki, bu gün gecə saat 01:30 radələrində Zaqatala rayon sakini, 39 yaşlı İsa Boloyev Yuxarı Tala kəndi ərazisində yerləşən restorandan çıxarkən ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb. 

 

O, xəstəxanaya yerləşdirilib.

 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən əməli törədən şəxsin saxlanılması istiqamətində zəruri tədbirlər görülür.

Избранный
21
12
senzor.az

10Источники