RU

DİN: Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb

DİN:
Mayın 8-də ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Bu barədə 1news.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 122, o cümlədən borclu şəxs qismində axtarışda olan 100 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. ⁠Narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

⁠Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.

Избранный
15
49
1news.az

10Источники