RU

Zaqatalada 39 yaşlı kişi güllələnib, saxlanılan var

Bu gün saat 01:30 radələrində Zaqatala rayon sakini, 39 yaşlı İsa Boloyev Yuxarı Tala kəndi ərazisində yerləşən restorandan çıxarkən ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Aznews.az xəbər verir ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı Musa Mustafazadə saxlanılıb. Ondan ov tüfəngi götürülüb.

Araşdırma aparılır.

Избранный
31
3
aznews.az

10Источники