Böyük Britaniya Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün beynəlxalq missiyada "HMS Dragon" esminesinin iştirakını təmin etməyə hazırdır.
Publika.az xəbər verir ki, bu barədə "Sky News" kanalı Böyük Britaniya Müdafiə Nazirliyinin açıqlamasına istinadən məlumat yayıb.
Martın 10-da HMS Dragon esminesi İngiltərənin Portsmut şəhərindən yola düşərək Akrotiridəki Britaniya aviabazasının təhlükəsizliyini gücləndirmək üçün Şərqi Aralıq dənizinə yola düşüb.
Martın 2-də bu bazaya dron hücumu nəticəsində ziyan dəyib. Britaniya hakimiyyət orqanlarının məlumatına görə, dron Livan və ya İraqdan buraxılıb. HMS Dragon gəmisi Şərqi Aralıq dənizinə martın 23-də çatıb.