RU

Məktəbli qız ata-anasını, iki qardaşını və iki bacısını itirdi: Cəmi 3 həftədə

Rusiyanın Sverdlovsk vilayətinin Lenskoye kəndinin yetkinlik yaşına çatmayan sakini üç həftə ərzində bütün ailəsini itirib.

“Cebheinfo.az”-ın “Life”-a istinadən məlumatına görə, onun atası və anası, eləcə də iki qardaşı və iki bacısı həlak olub.

Bir müddət  əvvəl Uralsdakı yaşayış binasında baş verən yanğın zamanı beş nəfərin - bir qadının və onun dörd uşağının cəsədinin tapıldığı barədə məlumatlar yayılmışdı.

Mənbənin məlumatına görə, bunlar uşaın anası və bacı-qardaşları olub. Qızın özü yanğın zamanı evdə olmayıb, çünki Yekaterinburqdakı tibb müəssisəsində müalicə alırdı.

Yanğından üç həftə əvvəl isə ailə ölümcül avtomobil  qəzasında atanı itirib.

Избранный
27
1
cebheinfo.az

2Источники