RU

İranın cavabı ortaya çıxdı: uran veriləcək, amma bir şərtlə

ABŞ və İran arasında davam edən gizli diplomatik danışıqlarla bağlı yeni detallar məlum olub. Tehran Vaşinqtonun təklifinə cavab göndərərək həm nüvə proqramı, həm də Hörmüz boğazı ilə bağlı şərtlərini açıqlayıb.

Musavat.com xəbər verir ki, İran rəsmisi “Əl-Cəzirə”yə açıqlamasında Tehranın ABŞ-nin təklifinə müsbət və realist cavab verdiyini bildirib.

Məlumata görə, İranın cavabı regionda, xüsusilə Livanda müharibənin dayandırılması və Vaşinqtonla fikir ayrılıqlarının aradan qaldırılmasına yönəlib.

İran tərəfi bildirib ki, cavab paketində Hörmüz boğazı, nüvə proqramı və bütün sanksiyaların tam ləğvi ilə bağlı danışıqlar da yer alıb.

Rəsmi nümayəndə qeyd edib ki, Tehran bütün sanksiyaların aradan qaldırılması üçün aydın və təminatlı mexanizm, həmçinin Vaşinqtonla imzalanacaq hər hansı sazişin icrasına dair beynəlxalq zəmanətlər tələb edir.

Vaşinqtonun təklifimizə müsbət cavabı danışıqları sürətləndirəcək. Seçim indi Vaşinqtonundur, – deyə iranlı rəsmi vurğulayıb.

Bu arada, The Wall Street Journal məlumatlı mənbələrə istinadən yazıb ki, İran ABŞ-nin nüvə proqramı və zənginləşdirilmiş uranla bağlı tələbləri ilə tam razılaşmayıb.

Nəşrin məlumatına görə, Tehran əlində olan zənginləşdirilmiş uranı seyrəltməyi və bir hissəsini ABŞ olmayan üçüncü ölkəyə verməyi təklif edib.

İran həmçinin uranın zənginləşdirilməsini dayandırmağa razı olsa da, bunun ABŞ-nin tələb etdiyi 20 ildən daha qısa müddət üçün mümkün olduğunu bildirib və nüvə obyektlərinin sökülməsindən imtina edib.

İran tərəfi əlavə olaraq tələb edib ki, danışıqlar uğursuz olarsa və ya ABŞ sonradan sazişdən çıxarsa, zənginləşdirilmiş uran yenidən İrana qaytarılsın.

 

Musavat.com

Избранный
29
28
musavat.com

10Источники