Vüsal İsgəndərlinin də formasını geyindiyi "Partizani" Albaniya Superliqasında 36-cı turun oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, "Partizani" doğma meydanda "Dinamo Tirana" klubunu qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Vüsal İsgəndərli matçın iştirak ərizəsində yer almayıb.
"Partizani" hazırda 48 xalla 5-ci pillədə qərarlaşıb.
"Partizani" - "Dinamo Tirana" 2:1
Qollar: A.Keko, 19, 32 // M.Koma, 56