RU

Pəncərə silən qadın yıxılıb ölüb

Pəncərə
Paytaxtın Qaradağ rayonunda pəncərə silən 37 yaşlı qadın 4-cü mərtəbədən yıxılaraq ölüb. 1news.az xəbər verir ki, hadisə Ələt qəsəbəsində baş verib.
Məlumata görə, 1989-cu il təvəllüdlü A.Səfərova yaşadığı evin pəncərəsini silərkən ehtiyatsızlıqdan yıxılıb. Xəstəxanaya yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
31
13
1news.az

10Источники