Paytaxtın Qaradağ rayonunda pəncərə silən 37 yaşlı qadın 4-cü mərtəbədən yıxılaraq ölüb.
Leqal.info xəbər verir ki, hadisə Ələt qəsəbəsində qeydə alınıb.
Məlumata əsasən, 1989-cu il təvəllüdlü A.Səfərova yaşadığı evin pəncərəsini silərkən ehtiyatsızlıqdan yıxılıb.
Xəstəxanaya yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Leqal.info
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта