RU

Dələduzluq edən dörd nəfər saxlanıldı

Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən 4 nəfər — T. Bədəlov, P. Qurbanov, S. Xəlilov və K. Fətəliyev saxlanılıblar.

APA-nın xəbərinə görə, araşdırmalarla məlum olub ki, onlar zərərçəkmişə dəmir armatur satacaqları vədini verərək etibarını qazanıblar. Daha sonra müxtəlif bəhanələrlə zərərçəkmişdən hissə-hissə pul alıblar.

Müəyyən edilib ki, saxlanılan şəxslər götürdükləri öhdəlikləri yerinə yetirməyərək zərərçəkmişə ümumilikdə 190 min manat maddi ziyan vurublar.

Faktla bağlı cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.

"Cebheinfo.az"

Избранный
19
12
cebheinfo.az

10Источники