RU

İran ətrafındakı münaqişənin başlanmasından bəri Azərbaycandan neft daşıyan tanker Yaponiyaya çatıb

İran

Neftlə yüklənmiş tanker İran ətrafındakı münaqişənin başlanmasından bəri ilk dəfə olaraq Azərbaycandan Yaponiyaya çatıb. Bu barədə Yaponiyanın ictimai televiziyası məlumat yayıb.

“TASS” xəbər verir ki, nefti ölkənin ən iri yanacaqdoldurma məntəqələri operatorlarından biri olan yerli neft emalı şirkəti “ENEOS” alıb.

Məlumata görə, tanker təxminən 45 min kilolitr neft gətirib ki, bu da Yaponiyanın gündəlik neft istehlakı normasının 16 faizinə bərabərdir.

Bildirilir ki, Azərbaycandan neft alınması Hörmüz boğazında gəmiçiliklə bağlı yaranmış problemlər fonunda Yaponiyanın neft tədarükünün şaxələndirilməsi çərçivəsində həyata keçirilir.

Избранный
47
10
xalqcebhesi.az

10Источники