RU

“Atletik” son 20 ilin ən uğursuz mövsümünü keçirir – ARENA.AZ

“Atletik” (Bilbao) futbol üzrə İspaniya La Liqasının 2025/2026-cı illər mövsümündə qeyri-sabit çıxışı ilə diqqət mərkəzindədir.

Arena.az xəbər verir ki, Bilbao təmsilçisi cari mövsümdə keçirdiyi 35 oyunun artıq 17-də məğlub olub.

Bu isə onu göstərir ki, komanda demək olar, hər iki matçdan birində xal itirir. Bilbao təmsilçisi sonuncu dəfə belə zəif nəticəni düz 20 il əvvəl – 2005/2006-cı illər mövsümündə yaşayıb. Həmin vaxt da basklar 35 oyunda 17 məğlubiyyət almışdılar.

Bundan əlavə, “Atletik” mövsüm ərzində ən çox məğlubiyyət antirekordunu da yeniləyə bilər. Klubun tarixində bir mövsümdə ən çox (18) məğlubiyyət acısı üç dəfə yaşanıb: əvvəlcə 1991/1992, daha sonra isə 2006/2007 və 2008/2009 mövsümlərində.

Xatırladaq ki, sözügedən komanda cari mövsümdə keçirdiyi 35 oyunda 13 qələbə qazanıb, 5 heç-heçə edib, 17 məğlubiyyət alıb. Bilbaolular hazırda 44 xalla 20 iştirakçı arasında 9-cu pillədə qərarlaşıblar.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
24
5
arena.az

10Источники