RU

Bu il reabilitasiya xidmətləri alan əlillərin SAYI

ain.az, Cebheinfo saytına istinadən bildirir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi cari ilin yanvar-aprel ayları ərzində əlilliyi olan 44,6 min şəxsi reabilitasiya xidmətləri ilə təmin edib.

"Cebheinfo.az" xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.Bildirib ki, onlardan 22,9 mininə ambulator, 11,1 mininə stasionar və icma əsaslı, digərlərinə səyyar və onlayn formada, sosial-psixoloji istiqamətləri üzrə reabilitasiya xidmətləri göstərilib.

Agentliyin reabilitasiya müəssisələrində ənənəvi üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodları (robotik, sosial-psixoloji reabilitasiya, yoqa, hippoterapiya, rəqs terapiyası və s.) tətbiq edilir.

Bu müəssisələr tərəfindən stasionar və ambulator xidmətlərlə bərabər, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri göstərilir.

Gülər 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
2
32
cebheinfo.az

10Источники