
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstana səfər edib.
Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, Ərdoğan səfərinin ilk günündə Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşəcək.
Məlumata görə, Ərdoğan mayın 15-də Astanadan Türküstan vilayətinə gedəcək. Türkiyə lideri burada təşkil olunacaq Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak edəcək.
Daşqın HəsənovMissiya.Az