RU

OPEC apreldə Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb

Bu ilin aprel ayında Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 460 min barel səviyyəsində olub...

Poliqon-nun Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən verdiyi məlumata görə, mart ayında qeyd olunan göstərici 456 min barel səviyyəsində olub. Belə ki, aprel ayında Azərbaycanda ortalama gündəlik neft hasilatı aylıq müqayisədə 4 min barel artıb.

Məlumata əsasən, ilin birinci rübündə qeyd olunan göstərici 454 min barel təşkil edib.

Bildirilir ki, 2025-ci ildə Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 461 min barel olub, bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə 20 min barel azdır.

Qeyd edək ki, “OPEC+” ölkələri nazirlərinin əldə etdiyi razılığa görə, 2026-ci ilin sonunadək Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.

Poliqon.info

Избранный
4
3
poliqon.info

10Источники