RU

Felipe Santos milliyə dəvət aldı

“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Felipe Santos Benin milli komandasına dəvət alıb.

Redaktor.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

29 yaşlı futbolçu mayın 25-dən iyunun 9-dək Benində və Mərakeşdə təşkil olunacaq təlim-məşq toplanışı üçün açıqlanmış heyətə daxil edilib.

Futbolçu Naxçıvan təmsilçisinə iyunun 1-də qoşulacaq.

Qeyd edək ki, Felipe cari mövsümdə 29 oyunda 8 qol vurub və 7 məhsuldar ötürmə verib.

Избранный
3
13
redaktor.az

10Источники