RU

Rubio: Hörmüz boğazı qətnaməsi ilə bağlı səsvermə bu həftə keçirilə bilər

BMT Təhlükəsizlik Şurasında ABŞ və Bəhreynin Hörmüz boğazından naviqasiya azadlığı ilə bağlı qətnamə layihəsi üzrə səsvermə bu həftə keçirilə bilər.

"Far.Az"un məlumatına görə, ABŞ dövlət katibi Marko Rubio bunu "Fox News" telekanalına müsahibəsində bildirib.

"Biz öz iddiamızı Çinə təqdim etdik. Ümid edirəm ki, onlar bunu inandırıcı hesab edəcəklər və bu həftənin sonunda BMT-də İranın boğazdakı hərəkətlərini pisləyən (layihə) qətnaməsi ilə bağlı tədbir görmək imkanı əldə edəcəklər", - o deyib.

Избранный
33
50
far.az

10Источники