“Arsenal” "Real Madrid"in gənc istedadı Arda Güleri transfer etmək üçün hərəkətə keçib. Metbuat.az xəbər verir ki, İngiltərə nəhəngi futbolçuya illik 12 milyon avro maaş təklif edib. London təmsilçisinin bu transfer üçün Madrid klubuna ümumilikdə 90 milyon avro ödəməyə hazır olduğu bildirilir. Hazırda "Real Madrid"də illik təxminən 5.2 milyon avro qazanan Arda üçün bu təklif maliyyə baxımından olduqca cəlbedicidir. Lakin Madrid klubunun gənc ulduzu asanlıqla buraxmaq niyyətində olmadığı vurğulanır. Futbolçunun özü hazırda İspaniyadakı həyatından razı olsa da, heyətdəki sıx rəqabət və klubdakı mümkün baş məşqçi dəyişiklikləri gələcək qərarlara təsir edə bilər. Qeyd edək ki, bu mövsüm 50 oyunda 6 qol və 14 məhsuldar ötürmə ilə yadda qalan Ardanın mümkün satışı "Fənərbaxça" üçün də əlavə gəlir deməkdir. Çünki İstanbul klubu satış məbləğinin 20%-nə sahib olacaq.