Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Hindarx qəsəbəsi ərazisində Boyat kənd sakini Hafiz Qaraxan oğlu Əliyev idarə etdiyi “VAZ 2107” ilə 2012-ci il təvəllüdlü Röyal Hürbət oğlu İbrahimovu vurub.
Ağır xəsarətlər alan məktəbli hadisə yerində həyatını itirib.
Bildirilib ki, fiziki məhdudiyyətli olan Hafiz evdə təhsil alırmış.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.