Azərbaycan Qətərdə 35-ci Doha Beynəlxalq Kitab Sərgisində təmsil olunur.
Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanın milli stendində ölkənin tarixi, mədəniyyəti, ədəbiyyatı və müasir inkişafını əks etdirən 200-ə yaxın nəşr nümayiş etdirilir.
Sərgi mayın 23-dək davam edəcək.
Qeyd edək ki, 35-ci Doha Beynəlxalq Kitab Sərgisində 40 ölkədən 500-ə yaxın nəşriyyat təmsil olunur.