RU

Yanvar-aprel ayları ərzində 66 634 elektron arayış alınıb

BAKI, 19 may. TELEQRAF

2026-cı ilin yanvar-aprel ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə 66 634 elektron arayış alınıb.

Bu barədə Teleqraf-a DSMF-dən məlumat verilib.

Bu arayışların 29 283-ü pensiya, 18 561-i müavinət və təqaüd, 11 788-i fərdi şəxsi hesab, 2 843-ü ünvanlı dövlət sosial yardımı, 668-i ünvanlı dövlət sosial yardımı ödənişləri, 709-u sağlamlıq imkanları məhdud olan uşaqlar, 2 782-si əlilliyi olan şəxslərə qulluqla bağlı olub.

Избранный
19
8
teleqraf.com

9Источники