RU

Elvin Cəfərquliyev üçün Qarabağ a təklif göndərən oldumu? SON DURUM

Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Daxili intizam qaydalarını pozduğu üçün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov tərəfindən əvəzedici komandaya göndərilən Elvin Cəfərquliyevin gələcək aqibəti futbolsevərləri maraqlandıran əsas mövzulardan biridir.

Fanat.Az-ın əldə etdiyi son məlumata görə, bugünədək cinah müdafiəçisi üçün Ağdam təmsilçisinə nəinki Azərbaycan, heç xarici klublar da təklif göndərməyib.

Hərçənd baş məşqçi Elvini və onunla eyni vaxtda cəzalandırılan digər cinah müdafiəçisi Abbas Hüseynovu bağışlayana oxşamır. Bu da var ki,  "köhlənlər"in rəhbərliyi Cəfərquliyevin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam vermək niyyətindən uzaqdır. 

Qeyd edək ki, cari mövsüm "Qarabağ" forması ilə bütün turnirlərdə 42 matça çıxan Elvin 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. O, hər iki qola UEFA Çempionlar Liqasında imza atıb.

Nihat

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
5
8
fanat.az

10Источники