RU

Azad edilmiş ərazilərə investisiya yatırılması ilə bağlı çağırış edilib

Baku.ws saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov və Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov özəl investorları azad edilmiş ərazilərə investisiya yatırmağa çağırıb.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda "Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması" mövzusunda keçirilən tədbirdə deyib ki, şəhərlər inkişaf etdikcə onların inkişafı üçün tələb olunan vəsait də artır:

"Son 5 ildə azad olunmuş ərazilərdə bərpa və yenidənqurmaya Azərbaycan hökuməti tərəfindən 14 milyard dollara yaxın vəsait xərclənib. Artıq özəl investisiyalar da prosesə cəlb olunur. Özəl sahibkarlar tərəfindən Şuşada 25-30 min vəsait xərclənib. Azad edilmiş ərazilərdə investisiyalar üçün çox gözəl şərait yaradılıb".

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov da bu sahədə çox iş görüldüyünü diqqətə çatdırıb və bildirib ki, dövlət tərəfindən bütün infrastruktur tədbirləri həyata keçirilib: "İş adamlarının artıq azad olunmuş ərazilərə cəlb olunması üçün ciddi iş aparılır. Yaxın vaxtda azad olunmuş ərazilərdə iş yerlərinin sayı artır, bu da özəl investisiyalardır. Artıq minlərlə müraciət var. Özəl investorlar mülkiyyət məsələlərini düşünmədən ora investisiya qoyurlar. Artıq dövlət kifayət qədər iş görüb, şərait yaradıb, şirkətlər öz seçimini etməlidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
25
3
baku.ws

5Источники